Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda fəaliyyət göstərən marşrut xətti sahibləri sürücü işə götürə bilməyəcək.

Day.Az xəbər verir ki, bu barədə  Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mais Ağayev apa.tv-yə bildirib. Qurum rəsmisi bu səlahiyyətin sahibkarlardan götürüldüyünü deyib və bunu marşrut xətti rəhbərlərinin tanışlıq və qohumluq əlaqələri hesabına xeyli səriştəsiz insanları işə götürmələri ilə izah edib. 

"Sürücülərin təlim keçməsi üçün Bakı Nəqliyyat Agentliyinin nəzdində sürücü təlim mərkəzi yaradılıb. Burada sürücülərə etik davranış, avtomobil idarəetmə, yol hərəkət qaydaları və gözlənilməz vəziyyətlərlə bağlı təlimlər keçiriləcək. Yalnız bundan sonra daşıyıcılar quruma sürücü üçün müraciət edəcək və onların marşrut xəttinə istənilən sayda peşəkar sürücü yönəldiləcək".

 

Mais Ağayev həm də qurumun qeydiyyatından keçən bütün sürücülərin fəaliyyəti ilə bağlı  vahid sürücü bazasını yaradıldığını və bu sistemin ilin sonunadək hazır olacağını deyib. Bu da hər hansı qəza törədən, intizamsız hərəkət edən, nöqsanları qeydə alınan sürücülərin başqa marşrut xəttində rahatlıqla işə düzəlmələrinin qarşısını alacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.