Həyat yoldaşı ilə problem yaşadı, millini tərk etdi

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Hollandiya ilə yoldaşlıq görüşü keçirəcək İtaliya yığması Andrea Barzalyinin xidmətindən istifadə edə bilməyəcək.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi millinin düşərgəsini tərk edib.

Buna 35 yaşlı futbolçunun həyat yoldaşı ilə problem yaşaması səbəb olub. Məlumatı "Skuadra Adzurra"nın baş məşqçisi Campyero Ventura da təsdiqləyib: "Andrea mənə xanımı ilə yaşadığı ciddi problemdən bəhs etdi. Onun dedikləri məni təəccübləndirdi. Buna görə də, Barzalyini buraxdım. O, Hollandiyaya qarşı oynamayacaq".

Qeyd edək ki, Andrea Barzalyi 2004-cü ildən İtaliya yığmasının şərəfini qoruyur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.