"Suda batmışdım, İlkin xilas etdi"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Mətanət Əsədova başına gələn hadisədən danışıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, muğam ifaçısı "10-dan sonra" verilişində ölümdən döndüyünü deyib:

"Ölüb yenidən dirildim. İnanmazdım ki, gözümü açardım. Suda batmışdım. Məni həmkarım İlkin Əhmədov xilas etdi. Çatmasaydı, öləcəkdim".

Həmkarlarından danışan M.Əsədova onları qeyri-səmimi adlandırıb:

"İçdən məni çox istəyən azdır. Həmişə sözü düz deyən olmuşam. Üzünə can deyib, arxada danışırlar. Mən xanım ifaçılardan danışıram. Xalqın könlündə, yaddaşında qalan azdır. Mənim hər çıxışım böyük bir konsertdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.