147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdırlar

Day.Az представляет новость на азербайджанском языке

147 saylı sərnişin avtobusundan istifadə edən sərnişinlər narazıdırlar.

Day.Az xəbər verir ki, bu barədə report-a Abşeron rayonun Digah qəsəbəsinin sakinlərindən biri bildirib.

Belə ki, qəsəbədən şəhər istiqamətinə yalnız 147 saylı sərnişin avtobusu fəaliyyət göstərir. Sərnişin sıxlığından əziyyət çəkənlər məcbur olub avtobusun qapısından tutaraq canlarını təhlükəyə atıb yollarına davam edir. Qəsəbə sakini onu da qeyd edir ki, avtobuslar artıq öz istismar müddətini başa vurub: "Bir neçə ildir ki, bu problemlə üz-üzə qalmışıq".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən marşut xəttinin sahibkarına xəbardarlıq edilib: "Ancaq bu işdə təkcə BNA yox, həm də Yol Polisi əməkdaşları maraqlı olmalıdırlar. Çünki bu, təkcə bizim işimiz deyil. Avtobusda sərnişinlərin normadan artıq olması faktına Yol Patrul Xidmətinin əməkdaşları nəzarət edirlər".
Həmin qəsəbədə avtobusların sayının az olmasına gəlincə, M.Ağayev bildirib ki, əlavə avtobusların xəttə buraxılması üçün BNA iş aparacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
147 saylı avtobusdan istifadə edən sərnişinlər narazıdır