Bakıda BDU müəllimlərinin yaşadığı bina YANIR

Day.Az представляет новость на азербайджанском языке

---------
20:21

Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir. 
 
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

---------
19:21

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
 
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.  

---------
18:51

Bakıda çoxmərtəbəli bina yanır.

Day.Az lent.az-a istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Yasamalda yaşayış binası yanır