"Qadın kimi xoşbəxt ola bilmədim" - Samirə

Day.Az представляет новость на азербайджанском языке

Aşıq Samirə Əliyeva "ATV maqazin onlarla" verilişinin "Gəlmələr" rubrikasının qonağı olub. 

Day.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bacarıqlarından danışıb. O bildirib ki, saç düzümləri edə bilir:

"Hərdən salona gedəndə saç düzümünü özüm edirəm".

Samirə şou-biznesdə heç kimlə küsülü olmadığını söyləyib:

"Özümü ideal sayıram. Bu sənətdə hazırda düşmənim yoxdur. Kiminləsə yüngül söz-söhbətim olub, yoluna qoymuşuq. Hazırda heç kimlə problemim yoxdur".

Aşıq uğursuz evlilik həyatından söz açıb:

"İlk ailə həyatımı 20 yaşımda qurdum, uğurlu olmadı. 2010-cu ildə ikinci dəfə ailə qurdum. O da uğursuz oldu, amma sonra alındı. İndi bir yerdə sayılırıq. Biz dostluğa və qarşılıqlı hörmətə üstünlük vermişik. Məqsədimiz ailəni ayağa qaldırmaqdır, uşaqlar üçün çalışırıq.

Dönüb geriyə baxanda qadına xas olan xoşbəxtliyi əldə edə bilmədiyimi görüb kövrəlirəm. Mən güclü Samirə oldum, nəinki xoşbəxt. Kaş güclü Samirə yox, kiminsə qanadının altında olardım, amma xoşbəxt olardım. Qadınam, qanad altında olub, nazımın çəkilməsini istəyirəm. Adam istəyir ki, arxası olsun. Əslində özümü güclü göstərirəm. Hələ də güclü deyiləm. Həyatda hər şeyə sahib oldum, bircə xoşbəxtliyə ola bilmədim. Biri var yaşayırsan, biri də var baş qatırsan. Mən həyatda baş qatıram.

İllərdir həzin mahnıya qulaq asmıram. Həsrət, ayrılıq olan mahnılardan qaçıram. Çalışıram ritmik mahnıya qulaq asıb, pozitiv olum".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.