Azərbaycanda universitet prorektoru vəfat edib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov dünən axşam saatlarında vəfat edib.

Bu barədə lent.az-a universitetdən məlumat veriblər.

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Evli idi, iki övladı və üç nəvəsi var. O, bir müddət Dillər Universitetinin rektoru səlahiyyətlərini də icra edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.