Ermənistandakı seçki saxtakarlıqları İFŞA EDİLDİ

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda bu il martın 13-dən 24-dək olan dövrdə seçkiöncəsi seçici səslərinin satın alınması və ya rüşvət veriləcəyi ilə bağlı 45 fakt qeydə alınıb.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Transparency International" Antikorrupsiya Mərkəzinin proqram rəhbəri Varujan Oktanyan "2017-ci ilin seçkilərdə administrativ resurslardan sui-istifadə" monitorinqinin nəticələrini açıqlayarkən deyib.

QHT paytaxt İrəvan və Ermənistanın digər 12 şəhərlərdə araşdırma aparıb. Oktanyan qeyd edib ki, inzibati resurslardan istifadə ilə bağlı pozuntu halları bütün ölkə daxilində qeydə alınıb. Məsələn, Kəvər Dövlət Universitetinin müəllimləri, Ermənistan Respublika Partiyasını və "Çiçəklənən Ermənistan" Partiyasını təmsil edən seçki komissiyalarının üzvləri iş vaxtı təşviqat kampaniyasında iştirak ediblər.

Seçkiöncəsi rüşvət hallarından danışan V.Oktanyan seçici səslərini satın alan və ya səs qarşılığında rüşvət təklif edənlərin Ermənistanın hakim Respublika Partiyasının və "Sarukyan" blokunun nümayəndələri olduğunu vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.