Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olundu

Day.Az представляет новость на азербайджанском языке

Tayvanın Taybey şəhərində kinoteatrda yanğın baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yanğınla əlaqədar təxminən 1000 adam təxliyə olunub.

Yanğının kinoteatrın mətbəxində baş verdiyi bildirilib.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işi davam etdirirlər. Xəsarət alanlar barədə məlumat verilməyib.

 

Yanğının baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.