Türkiyənin qərbi silkələndi - 4,5 balla

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin qərbində, Aydın vilayətində zəlzələ baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 4,5 bal təşkil edib.

Zəlzələ Araşdırma İstitutunun məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb. Xəsarət alanların da olmadığı bildirilib.

Zəlzələnin episentri Efeler rayonu yaxınlığında, yerin 5 kilometr dərinliyində olub. Yeraltı təkanlar yerli vaxtla saat 16:50-də qeydə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.