Futbolçunun həyat yoldaşı onu klub və millidən uzaqlaşdırmağı xahiş edir

Day.Az представляет новость на азербайджанском языке

"Guangzhou Fuli" və Çin millisinin müdafiəçisi Tsyan Ci Penin həyat yoldaşı onun hər iki komandadan uzaqlaşdırılmasına çalışacaq. Bu, bir növ qisas arzusudur.

Day.Az goal.az-a istinadən xəbər verir ki, Çjan Şiyue adlı xanım 28 yaşlı həyat yoldaşını xəyanətdə ittiham edir.

"Kasıb olduğu vaxtda ona həmişə arxa durmuşam. Anam onu oğlu kimi sevirdi. Ailəm ona Şanxayda ev alması üçün 1 milyon yuan ayırmışdı. Toyumuz olmayıb, münasibətimiz yaxşı idi. Amma o, mənə xəyanət etdi" - Şiyue yazıb.

 

O, Çin Futbol Federasiyasının prezidenti Çai Şenhua və Quandun əyalətinin İdman naziri Venq Yupendən həyat yoldaşını klub və millidən kənarlaşdırmağı xahiş edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.