DİQQƏT! Ayaqqabı ayağınızı sıxırsa...

Day.Az представляет новость на азербайджанском языке

Day.Az lent.az-a istinadən gündəlik yaşamda həyatınızı asanlaşdıracaq bəzi ipuclarını təqdim edir.

Mebellərin yerini dəyişdirdiyinizdə xalçaların üzərində iz qaldığını hamınız görmüsünüz. Bu izləri yox etmək üçün üzərlərinə bir ədəd buz qoyun və əriməsini gözləyin. Daha sonra tozsoranlayın. İzdən əsər-əlamət qalmayacaq.
 
Parça ayaqqabıların təmizlənməsi çətin olur. Bu ayaqqabıları bir yastıq örtüyünün içinə qoyun, ağzını bağlayın və paltaryuyan maşına atın. Yuyulduqdan sonra yeni kimi olacaqlar.
 
Satışdan aldığınız plastik və şüşə əşyaların üzərinə yapışdırılan etiketləri qoparmaq üçün etiketin üzərinə marqarin yağı sürtün və 15 dəqiqə gözləyin. Sonra bir parça ilə ovalayıb çıxarın. Üzərində heç bir ləkə və cızıq qalmayacaq.
 
Buz qablarına su doldurmadan əvvəl bölmələrə portağal, naringi yaxud limon dilimləri  yerləşdirsəniz, dekorativ buzlar əldə etmiş olarsınız.
 
Aldığınız ayaqqabı ayağınızı sıxırsa, bir neçə dəqiqə buxara tutun.
 
Üst-üstə qoyduğunuz stəkanlar yapışıb çıxmırsa, bir ləyənin içinə qoyun. Üstdəki stəkanın içinə buz atıb ləyənin içinə yavaş-yavaş isti su tökün. Stəkanların asanlıqla çıxdığını görəcəksəniz.
 
Əgər ayaqlarınız çox isinib şişirsə, onları saatlarla isti suda saxlamayın. Əksinə, kolonya ilə ovxalayın. Biləkləriniz və ayaqlarınız şişməyəcək 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.