Polislər qıza sataşıb qaçan şəxsi binanın damında tutdular

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə, Eskişehirdə gənc bir qıza sataşıb qaçmağa çalışan 35 yaşlı şəxsi bir mənzilin damında tutublar.

Milli.Az xəbər verir ki, hadisə, dünən axşam saatlarında Eskibağlar Məhəlləsi Nazif Yörükçü küçəsində meydana gəlib. Hələ adı açıqlanmayan şəxs qızın qışqırıb kömək istəməsi sonrası bir mənzilin içərisinə qaçıb.

Hadisə yerində polisləri görən şübhəli mənzilin damına çıxarıb və oradan atlanaraq qaçmağa çalışıb. Polisin səyi nəticəsində şübhəli 3 mərtəbəli bir binanın damında ələ keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.