Türkiyədə novruz bayramı günü yoxa çıxan iş adamını qətlə yetiriblər

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Adana şəhərində 10 gündür yoxa çıxan şəxsin meyiti tapılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, mərhum Cem Atalmışın ev satın almaq üçün 160 min lirə verdiyi kəslər tərəfindən ağacla işgəncə verildikdən sonra tapança ilə öldürülüb basdırıldığı məlum olub. Polislər cəsədi basdırıldığı yerdən çıxarıblar.

Şübhəlilərdən biri İstanbulda ələ keçirilib.

Əldə edilən məlumata görə, hadisə Karaisalı mahalına bağlı Salbaş məhəlləsində baş verib. İddiaya əsasən, avtomobil icarəsi işinə baxan 38 yaşlı Cem Atalmış 21 mart günü "işə gedirəm" deyərək çıxdığı evinə bir daha qayıtmayıb. Ailə həmin gün polis bölməsinə gedərək bunla bağlı müraciət ediblər. 

Polis etdiyi araşdırmada Atalmışın ev almaq üçün inşaat işinə baxan Mehmet T. ilə D.T.-yə 160 min lirə verdiyi, ancaq nə evi nə də pulunu geri ala bilmədiyi məlum olub.

Avtomobiliylə birgə yoxa çıxan sahibkarın avtomobili Hadırlı qəbiristanlığı yaxınlığında tapılıb. Polis Adanada avtomobilin 21 mart günü haralardan keçdiyini təyin etmək üçün araşdırmaya başlayıb.

Təxminən min təhlükəsizlik kamerasını araşdıraraq Atalmışın meşəlik ərazidə basdırılmış ola biləcəyini təxmin ediblər. 

Polis şübhəlilərdən Mehmet T.-ni İstanbulda tutub. Mehmet T. polisə cinayəti D.T. ilə birlikdə işlədiklərini söyləyib. O, polisə verdiyi ilk ifadədə hər şeyi etiraf edib. Polis şübhəlinin göstərdiyi meşəlik ərazidə qazıntı apararkən axtarışda olan şəxsin cəsədi ilə qarşılaşıblar. Məlum olub ki, cinayətkarlar onu öncə odun parçası ilə döyüblər, daha sonra tapançadan atəş açaraq öldürüblər.

İkinci qatil axtarılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.