Bakıda avtomobillərin şüşələrini sındırıb qaçdılar

Day.Az представляет новость на азербайджанском языке

Bakıda gecə saatlarında 3 avtomobilin şüşələri sındırılıb.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini Elnur Müslümov ona məxsus olan "Nissan X-Trail" markalı avtomobilin, Ələmdar Cəfərov "Mercedes", Vitali Vitaliyeviç isə "Honda" markalı avtomobilin şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını bildirib. Avtomobillərdən hər hansı oğurluq edilməyib.

Başqasının əmlakını qəsdən məhv edən şəxslər axtarılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.