Ana qızının fotosunu Facebook-da paylaşdı, qalmaqal qopdu

Day.Az представляет новость на азербайджанском языке

Valideynlər övladlarının fotolarını çəkərək sosial şəbəkələrdə paylaşmağı çox sevirlər. Avstraliyadakı bir ana da kiçik qızının fotosunu çəkərək Facebook-da paylaşıb. Lakin foto çox böyük qalmaqal yaradıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2 yaşlı qızının fotosunu paylaşan qadın Avstraliyanın Viktoriya əyalətində yaşayan Byanka Dikinsondur.

O, Vimmer şəhərinin yaxınlığında yolda avtomobili saxlayıbmış və bu zaman qızı Molli maşından düşərək yol kənarında durub.

B.Dikinson Mollinin fotosunu çəkərək Facebook-dakı profilində paylaşıb.

Foto birmənalı qarşılanmayıb, B.Dikinson sərt tənqid olunub, hətta yaramaz ana adlandırıblar.

Səbəbsə 2 yaşlı Molli yol kənarında durarkən onun yanından dünyanın ən zəhərli ilanlarından biri olan 2 metr uzunluqlu qonur kələzin sürünərək keçməsi olub.

"Fotonu çəkəndə qəhvəyi ilanı yol kənarında küləyin vurub tərpətdiyi budaq sandım. Amma sonradan baxanda dəhşətə gəldim. Sən demə, ilanmış. Çox qorxdum", - B.Dikinson deyib.

Şərq kələzi dünyanın ən zəhərli ilanlarından biri sayılır. Avstraliyada ilan sancmaları ilə bağlı ölümlərin əksəriyyəti bu ilanla bağlıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.