Zaxarova: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada görüşü barədə məlumat yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

Hələlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü barədə hər hansı bir məlumat yoxdur.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Diplomat bildirib: "Hələlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü barədə bizdə hər hansı bir məlumat yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.