Bakının bu prospektində hərəkət məhdudlaşdırılır

Day.Az представляет новость на азербайджанском языке

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Cəmiyyətdən Day.Az-a verilən əmlumata görə, bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin "Binə" yol qovşağından "Mərdəkan" yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.