Mərkəzi Bank banklara kredit ayrılmasını dayandıra bilər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarına dövlət zəmanəti ilə məqsədli kredit ayrılmasını dayandıra bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində nəzərdə tutulur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.