Bakıda avtomobil yolu ÇÖKDÜ

Day.Az представляет новость на азербайджанском языке

Salyan şosesi, "Sədərək" Ticarət Mərkəzi istiqamətindəki magistral avtomobil yolunda çökmə baş verib.

Day.Az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O qeyd edib ki, çökmə baş vermiş əraziyə baxış keçirilib.
 
Hadisə ilə bağlı daha sonra ətraflı məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.