Bu yeni səlahiyyət ancaq Səhiyyə nazirliyinə verilə bilər

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda gözün buynuz qışası bankı yaradılmalıdır və bu məsələ diqqətdə saxlanılmalıdır".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə. Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılmasının ən böyük ağırlığı Oftolmologiya Mərkəzinin üzərinə düşür.

Ə.Əmiraslanov bildirib ki, hazırda gözün buynuz qişası üçün materialların ölkəyə gətirilməsi qanunla qadağandır: "Yeni dəyişikliklərlə biz bu transplantın ölkəyə gətirilməsinə icazə veririk. Lakin kim istəsə, onu gətirə bilməz. Onun müvafiq icra orqanlarının, yəqin ki, Səhiyyə Nazirliyinin icazəsindən sonra ölkəyə gətirilməsi mümkün olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.