Azərbaycanlı qız "İşte benim stilim"dən gedir - Səbəbini açıqladı

Day.Az представляет новость на азербайджанском языке

"Mən qalmaqaldan uzağam, xasiyyətim sakitdir. Verilişə tanınmaq üçün getməmişəm. İstanbulda olduğum üçün "İşte benim stilim"ə qatıldım". 

Day.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında "İşte benim stilim" yarışmasının iştirakçısı Nərgiz Nəsrullayeva deyib. 

Həmyerlimiz məşhur zövq müsabiqəsindən ayrılacağını açıqlayıb:

"Ancaq yarışmadan ayrılıram. Vaxtımın hamısı orada keçirdi. Ora zaman itkisindən başqa bir şey deyil. Başqa bir iş təklifi aldım. "TV Em" kanalında aparıcı olacam".

Nərgiz atasının vəzifəli şəxs olması barədə yayılan şayiələrə də aydınlıq gətirib: "Ailəm səhv bir şey etmədiyimi bildiyi üçün mənə dəstək olur. Atam da vəzifəli və biznesmen deyil, rəhmətə gedib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.