Canavarlar kənddə heyvan qoymadı - cütləşmə dövrü yaşadıqları üçün daha da aqressiv olurlar

Day.Az представляет новость на азербайджанском языке

Kürdəmir rayonunda canavarlar kəndə hücum edib.

Day.Az apa.tv-yə istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini, 80 yaşlı Ağamusa Ağasəf oğlu Hacıyevin fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 2 baş heyvanı parçalayaraq tələf edib, 8 başa müxtəlif dərəcəli xəsarət yetirib, 7 qoyunu isə aparıb. Hadisə yerinə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub. Yaralı heyvanlar vaksinasiya edilib, tələf olanlar isə dərmanlanaraq torpağa basdırılıb.

Təsərrüfat sahibi A.Hacıyev belə bir hadisə ilə ikinci dəfədir üzləşdiyini deyir.   Hətta gündüz saatlarında da canavarların kənddə göründüklərini deyən sakinlər analoji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

Qeyd edək ki, Aran bölgəsində kəndlərə vəhşi heyvanlar tez-tez hücum edir. Sakinlər analoji hadisələrin Kürdəmir rayonu ilə sərhəddə yerləşən Ucar və Zərdab rayonlarında da qeydə alındığını deyir.  Kürdəmir rayon Baytarlıq İdarəsini rəisi Mehdi Nəsirov analoji hadisələrin əsas səbəbinin son illər heyvanların ovuna qadağa qoyulduğu üçün saylarının kifayət qədər artdığını və yaz aylarında cütləşmə dövrü yaşadıqları üçün daha da aqressiv olduqlarını deyir.    

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sakinlər çarəsizdir, canavarlar kənddə heyvan qoymadı