"Qəbələ" finalın bir addımlığında

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin görüşləri keçirilir.

Trend-in məlumatına görə, ilk oyun Bakıda "İnter" və "Qəbələ" klubları arasında baş tutub.

Matça qonaqlar fəal başlayıblar - 15-ci dəqiqədə Daniel Subotiç penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin 3 dəqiqə sonra Adrian Skarlatake hesaba tarazlıq gətirib.

48-ci dəqiqədə D.Subotiç dubla imza atıb. Oyunun 88-ci dəqiqəsində isə Filip Ozobiç "Qəbələ"ni finala bir addım yaxınlaşdırıb - 1:3.

Yarımfinal digər oyununda "Neftçi" "Qarabağ"la qarşılaşacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.