Şükrü Özyıldız evlənməyə hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli aktyor Şükrü Özyıldız ötən gecə sevgilisi Rabia ilə görüntülənib.

big.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbirlərin evliliklə bağlı suallarını cavablandıran aktyor, "Qismət, hələ ki, bu barədə danışmayaq" söyləyib.

Müxbirlərin "Ev hazırlıqları var?" sualına isə, "Ev hazırdır, evimiz var, problem yoxdur" deyə, cavab verib.

Xatırladaq ki, Ş. Özyıldız həmkarı Selin Şekerci ilə baş rollarını paylaşdığı "Çoban yıldızı" serialına çəkilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.