Cəlilabadda 3 otaqlı ev yanıb

Day.Az представляет новость на азербайджанском языке

Cəlilabad rayonu, Privolnoye kəndində yanğın qeydə alınıb.

Day.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Privolnoye kəndində ümumi sahəsi 105 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 85 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.