Lənkəranda “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” adlı seminar-treninq keçirilib - FOTOLAR

20 апреля 2017 14:45

Day.Az представляет новость на азербайджанском языке

Day.Az bildirir ki, 20.04.2017-ci il tarixində Lənkəran şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına uyğun olaraq "İKT potensialından  mədəniyyət  müəssisələrində istifadə yolları" mövzusunda seminar-treninq təşkil edilmişdir.

Lənkəran  Regional Mədəniyyət və Turizm İdarəsinə tabe olan Lənkəran, Lerik və Astara rayon mədəniyyət müəssisələrinin gənc əməkdaşlarının iştirakı ilə keçirilən tədbir "Google Maps internet saytının imkanlarından  istifadə qaydaları" və "Vikipediyadan istifadə qaydaları" adlı iki hissədən ibarət olmuşdur.

"Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun potensialından istıfadə  edərək, seminar-treninqin birinci hissəsini gənc trener,  İT üzrə mütəxəssis Məmməd Əliyev keçirmişdır. O, "Google Maps" və digər məşhur onlayn xəritələrdən və axtarış sistemlərindən istifadə etməklə regionlarda lokal və xarici turistlər tərəfindən ölkəmizdə yerləşən müzeylərin, tarixi abidə və qoruqların, otellərin, restoranların və bu kimi digər müəssisələr haqqnda məlumatların asanlıqla tapılmasının təmin edilməsindən bəhs etmişdir.

İkinci hissəsində İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə çıxış edərək informasiya mənbələrinin çoxluğu, qaçılmaz qloballaşma prosesləri, yüksək texnologiyaların inkişafını, virtual məkanın təsiredici aktuallığını, habelə sosial şəbəkələrdə cərəyan edən ictimai proseslərə təsir etmək imkanlarını nəzərə alaraq, Vikipediya - açıq ensiklopediyada müasir informasiya texnologiyalarının və kreativ üsulların tətbiqi kimi məsələlərin olduqca aktual olduğunu qeyd etmişdir.

Seminar-treninqdə iştirak edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev tanınmış internet resursunda təxribat xarakterli və təhrif olunmuş məlumatların, o cümlədən, milli mədəniyyət nümunələrimizin mənimsənilmə cəhdlərinin aşkar olunması kimi məsələlərin uğurlu həll edilməsi üçün istifadə qaydalarının tanınmasının vacibliyinı vurğulamışlar.

Tədbirdə həmçinin Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Məzahir Qarayev, İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin müdiri Nurəddin Babazadə iştirak etmişlər.

Tədbirdə həmçinin mövzu ərtafında geniş müzakirələr aparılmışdır. Tədbir əsnasında iştirakçıların İKT sahəsində sualları cavablandırılmış və bu sahədə tövsiyyələr verilmişdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.