Türkiyədə bələdiyyə başçısına silahlı hücum - Yaralılar var

20 апреля 2017 15:11

Day.Az представляет новость на азербайджанском языке

Anadolunun Niğde ərazisindəki Altunhisar mahalının AK Partiyadan olan bələdiyyə başçısı Erdal Sarı silahlı hücuma məruz qalıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bələdiyyə sədri sağ qolundan yaralanıb. Hücum zamanı 13 yaşlı məktəbli də başından ağır yaralanıb.

Bayram Ö. adlı şəxsin Erdal Sarıya 4 atəş açdığı deyilir. 

Hadisədən sonra Bələdiyyə sədri və şagird dərhal xəstəxanaya çatdırılıblar.

Səlahiyyətlilər Bayram Ö.-nün tutulması üçün araşdırmaya başlandığını bildiriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.