Moskvada erməni iş adamı öldürüldü

Day.Az представляет новость на азербайджанском языке.

Rusiya paytaxtında erməni iş adamı öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Moskvanın cənubundakı ticarət mərkəzinin sahibi Aleksandr Baqiryan aprelin 19-da mühafizəçilərinin və şahidlərin qarşısında keçmiş şəriki tərəfindən güllələnib. İş adamına "Makarov" tipli tapançadan 5 dəfə atəş açılıb. Qarın nahiyəsindən ağır yaralanan A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.
 
Qeyd edək ki, sabiq ortaqların Moskva vilayətində alkoqollu içkilər üçün şüşə qablar istehsal edən müəssisi olub. İş adamları sonradan yollarını ayırsalar da, A. Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir.

Qətl və qanunsuz silah saxlama maddələri ilə bağlı cinayət işi açılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.