Sabirabadda traktorla motosiklet toqquşdu - Yaralı var

Day.Az представляет новость на азербайджанском языке.

Sabirabadda traktorla motosiklet toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Traktorla motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Sabirabad rayonunun Moranlı kənd sakini, 1988-ci il təvəllüdlü Əsədov Amid Abduləzim oğlu ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.