Çempionlar Liqasında Yarımfinal cütləri müəyyənləşdi - YENİLƏNİB

21 апреля 2017 14:42

Day.Az представляет новость на азербайджанском языке

---------
14:42

Milli.Az xəbər verir ki, Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gəlib.

Çempionlar Liqası

Yarımfinal

(2-3/9-10 may)

"Real" (İspaniya) - "Atletiko" (İspaniya)

"Monako" (Fransa) - "Yuventus" (İtaliya)

Final

(3 iyun)

2-ci cütün qalibi - 1-ci cütün qalibi

---------
09:34

Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası final uğrunda mübarizə aparacaqlar.

İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
 
Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər.
 
"Real" (Madrid, İspaniya), "Monako" (Fransa), "Yuventus" (Turin, İtaliya), "Atletiko" (Madrid, İspaniya)
 
Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
 
Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Turnirin final görşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.