Bakı-Quba yolunda ağır QƏZA: xəsarət alan var

21 апреля 2017 11:54

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Day.Az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də "VAZ" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:15-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.