Dortmunddakı partlayışa görə Rusiya vətəndaşı saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Dortmundda baş verən partlayışla əlaqədar daha bir nəfər saxlanılıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu xəbəri şəhərin baş prokurorluğu yayıb.

Saxlanılan şəxsin rusiyalı olduğu bildirilib. Adı açıqlanmayan 28 yaşlı şübhəlinin həm Rusiya, həm də Almaniya vətəndaşlığı var. Onun aprelin 9-20-si aralığında Dortmundun bir neçə hotelində qalması aidiyyəti orqanları şübhələndirib.
 
Qeyd edək ki, hadisə aprelin 11-də "Borussiya"nın Çempionlar Liqasında "Monako" ilə ilk oyunundan əvvəl baş verib. "Borussiya"nın məskunlaşdığı otelin yaxınlığında 3 bomba partlayıb ki, bu, komandanın müdafiəçisi Mark Bartranın qolunun qırılması ilə nəticələnib. Həmçinin, qarşılaşma da bir gün sonraya təxirə salınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.