Ermənistanda Elmlər Akademiyasının və nazirliyin binası satışa çıxarılıb

21 апреля 2017 14:38

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan hökuməti dövlət mülkiyyətində olan bir sıra binaları, o cümlədən Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binanı satışa çıxarıb. 

Day.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Çorrord İşxanutyun" nəşri yazıb.
Məlumatlı mənbə nəşr bildirib ki, hazırda hökumət binalara alıcı axtarır. 

Məqalədə qeyd edilib ki, Ermənistanda sırf iqtisadiyyatdan gələn gəlirlər hesabına dövlət büdcəsini doldurmaq getdikcə çətinləşdiyindən, hökumət büdcəni binaları satmaqla doldurmaq istəyir. Binası satılmaq planına daxil olan strukturlardan biri də Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.