Səməd Səmədov: “Heç vaxt etmədiyim bir işi edəcəm”

21 апреля 2017 16:37

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Səməd Səmədov yaradıcılıq işlərindən danışıb.

Day.Az-a açıqlama verən xalq artisti bildirib ki, sevənləri onu fərqli ampluada görəcək: "Hər zaman yenilik etməyi sevirəm. Eynilikdən bezən insanam. Bu günə qədər yaradıcılığımda bir çox janrlarda mahnılar oxumuşam. Mahnılarım əksəriyyəti də hit olub. İnşallah yeni üslubda da mahnı yazdırıram. O mahnını eşidən hər kəs şok olacaq. Deyəcəklər ki, bunu Səməd Səmədov oxuyub? Heç vaxt etmədiyim bir işi edəcəm. Müğənnisənsə, hər zaman axtarışda olmalı, yenilik etməlisən. Bir sözlə partlayış olacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.