Rusiyada FTX binasına hücum: 2 ölü, 1 yaralı

Day.Az представляет новость на азербайджанском языке

---------
17:26

Milli.Az Dvnovosti-yə istinadən bildirir ki, FTX-nın qətlə yetirilmiş zabitinin ad və soyadı Yakov Xasanovdur.

Şəhər polisi gücləndirilmiş iş rejiminə keçib. Dövlət qurumlarının binalarının və hərbi hissələrin mühafizəsi gücləndirilib.

X X X

Milli.Az Life-a istinadən bildirir ki, FTX-nın Xabarovsk idarəsinin binasına hücumdan təxminən bir saat əvvəl Tixookeanskaya küçəsindəki tirdə kişi meyiti aşkarlanıb, odlu silah oğurluğu qeydə alınıb.

İlkin məlumatlara görə, tirə hücum edən naməlum şəxslər "Sayqa" karabinini və tapançanı götürüblər, daha sonra mühafizəçini qətlə yetirərək aradan çıxıblar.

X X X

Milli.Az Life-a istinadən bildirir ki, A.Konev iki il əvvəl İslamı qəbul edibmiş.

O, FTX-nın Xabarovsk vilayət idarəsinin binasının qəbul bölməsinə daxil olaraq "regiondakı ekstremistlərin adlarını və soyadlarını vermək istəyirəm" deyib. Qapının zəngini basanda FTX-nın terrorizmlə mübarizə şöbəsinin əməkdaşı çölə çıxıb.

FTX əməkdaşını görəndə A.Konev "Yarıgin" tapançasından atəş açıb və qarşısındakı zabiti qətlə yetirib. Bundan sonra o, zabitin "Kalaşnikov" avtomatını götürüb, avtomatdan atəş açıb. Bu zaman güllələrdən biri çovuyaraq A.Konevi yaralayıb.

---------
17:10

Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub.

Day.Az report-a istinadən xəbər verir ki, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərdən birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.  

Məlumata görə, binaya hücum edən şəxs məhv edilib. 
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

X X X

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin vilayət idarəsinin qəbul otağına hücum çəkmiş şəxs şəhər sakini, 1999-cu ildə doğulmuş Anton Konevdir.

Milli.Az Ren TV-yə istinadən bildirir ki, o, yerli neonasist qruplaşmalardan birinin üzvü olub.

İlkin məlumatlara görə, A.Konev "Kalaşnikov" avtomatı və iki "Yarığin" tapançası ilə silahlanıbmış. O, idarə binasının girişindəki texniki yoxlama zonasına daxil olandan sonra atəş açıb. Atəş nəticəsində FTX-nın bir əməkdaşı və bir mülki şəxs həlak olub, bir nəfər yaralanıb.

O, avtomatın güllə darağını dəyişəndə ehtiyatsızlıqdan atəş açaraq özünü yaralayıb.

Hadisə yerinə FTX-nın silahlı əməkdaşları gələndə isə A.Konev aqressiv davranıb, atəş açmağa çalışıb və öldürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyada FTX-nin binasına silahlı hücum: ölənlər var