Tarkan Bakıya gəlir

21 апреля 2017 17:24

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Day.Az xəbər verir ki, bu barədə azvision.az-a Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək: 

"Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək".

 

N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı 10 gün ərzində açıqlanacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.