Azərbaycanda tələbələr arasında KÜTLƏVİ DAVA: Bıçaqlanan var

Day.Az представляет новость на азербайджанском языке

----------
19:52

Azərbaycan Texnologiya Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə aydınlıq gətirib. 

Day.Az xəbər verir ki, ali təhsil müəssisənin mətbuat katibi Rasim Əliyev report-a bildirib ki, hadisə universitetin ərazisindən kənarda dərs vaxtı bitdikdən sonra baş verib. 

O, həmin şəxsin ali məktəbin tələbəsi olduğunu təsdiqləyərək, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını qeyd edib. 

----------
18:09

Gəncə şəhərində tələbə bıçaqlanıb.

Day.Az report-a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin  tələbisi naməılum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.