"Mənə daş atdılar, öz ayaqlarına dəydi" - Mətanət

Day.Az представляет новость на азербайджанском языке

"Həmin hadisədən sonra dost-düşməni tanıdım"

Milli.Az bildirir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağıtanınmış aparıcı Mətanət Əliverdiyeva olub.

Aparıcı, ilk olaraq onun arxasınca iş çevirənlərdən danışıb:

"Şükür edirəm ki, o hadisə başımdan keçib. Həmin hadisədən sonra dost-düşməni tanıdım. Hamısını sıraya düzüb tanıdım. İnsanları tanımaq mənim üçün heçnədir. Bu hallar hamının həyatında lazımdır ki, silkələsin səni. Mən kinli insan deyiləm. Hamını bağışladım. Mən kiməm ki?! Mənə daş atanların ayağına daş dəydi".

Aparıcı daha sonra sosial şəbəkələrdə onu tənqid və təhqir edənlər haqda da söz açıb:

 

"Elə insanlar həyatda heç nəyə nail olmayan insanlardır. Sosial şəbəkələri sevmirəm. Təkcə, Whatsapp-dan istifadə edirəm. Məni tanımırlar, şəxsi məsələlərimə yorum bildirirlər. Onlara bir sözüm var ki, çox yazıq insanlarsız. Əlləri çörəyə, işə çatmır, ancaq paxıllıq çəkirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: