CAR-da DƏHŞƏT - 20 uşaq öldü

Day.Az представляет новость на азербайджанском языке

Cənubi Afrika Respublikasında məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

Day.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtdan 70 kilometr məsafədə baş verib.

 

Yerli rəsmilərin bildirdiyinə görə, toqquşmadan sonra avtobus yanmağa başlayıb və uşaqlar avtomobildən çıxa bilməyiblər. Hələlik 20 məktəblinin həlak olduğu dəqiqləşib. Çoxlu sayda uşaq xəstəxanaya yerləşdirilib. Alovu söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.