Azərbaycanda pulsuz çimərliklər yaradılacaq

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda yeni çimərliklər yaradılacaq.

Day.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, bu haqda Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı nazirlikdə aidiyyəti qurumların nümayəndələri ilə çimərlik turizminin inkişafı məqsədilə görüş keçirilib.

Görüşdə bildirilib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var. Lakin bəzi çimərliklər standartlara cavab vermir, aşağı səviyyədə xidmət göstərilir. Təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmur. Elə buna görə də Bakıda və bölgələrdə yeni çimərliklərin yaradılması nəzərdə tutulur.

Çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.

 

Nazirliyin açıqlamasına görə, vahid çimərlik mövsümünün müəyyən olunması da zəruridir.

Videonu izləmək üçün şəklə klikləyin:
Pulsuz çimərliklər yaradılacaq

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.