Səhər-səhər dondurma yesəniz...

Day.Az представляет новость на азербайджанском языке

Yay mövsümünün vazkeçilməzi olan dondurmanın maraqlı bir faydası üzə çıxıb.

Publika.az-ın xəbərinə görə, Yaponiyanın Tokio Universitetinin alimləri deyirlər ki, dondurma insan orqanizmi üçün çox xeyirli ola bilər, xüsusən də səhər vaxtı yeyilərsə. Səhər yeyilən dondurma insanın əqli fəaliyyətini artırır, beyinin alfa-dalğalarını tənzimləyir. Alfa-dalğaları beyinin arxa hissəsindəki görməyə cavabdeh olan nahiyədə baş verir. Bu dalğalar daha çox gözləri yumanda və ya qaranlıq məkanda fəallaşır.

Alimlər könüllü tələbələr üzərində təcrübə aparıblar. Səhər dondurma yeyən tələbələrin dərketmə, yeni informasiyanı mənimsəmə və diqqət cəmləməsində yaxşılaşma hiss olunub. Səhər yeməyi əvəzinə dondurma yeyənlər verilən tapşırıqların öhdəsindən daha yaxşı gəliblər, həm də gümrahlığı ilə digərlərindən seçiliblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.