Qonağa çay əvəzinə qan təklifi… - İnanılmaz - FOTO

21 апреля 2017 21:55

Day.Az представляет новость на азербайджанском языке

Aralarında mübahisə çıxdıqda döyüşmək əvəzinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edirlər

XXI əsrdə texnologiya ilə tanış olmayan insanları, qəbilə qanunlarının hökm sürdüyü yerləri müəyyən etmək elə də asan məsələ deyil.

Day.Az Teleqraf.com-a istinadən xəbər verir ki, artıq Afrikanın özündə belə qəbilə qanunlarının hökm sürdüyü, müasir inkişafdan uzaq olan və ibtidai quruluşun davam etdiyi icmalar artıq mövcud deyil. Amma istisnalar da var. Belə ki, Bodi qəbiləsinin keçmişdən gələn ənənələrə uyğun yaşaması, müasir texnologiyanın bu qəbiləyə gedib çıxmaması təəccüb doğurur.

Bodi qəbiləsi dünyanın ən maraqlı və həm də primitiv qəbilələrindən biri kimi tanınır. Bu qəbiləni digərlərindən fərqləndirən xüsusiyyət uşaqların ilk 6 ay ərzində ancaq inək qanı ilə qidalanmalarıdır.

Efiopiyada Omo vadisində yaşayan və yarıköçəri həyat tərzi sürən Bodi qəbiləsi Engai adı verdikləri allaha inanır. Qəbilə daxilində hüquqi qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə çıxdıqda döyüşmək əvəzinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edirlər.

Qəbilə üzvləri kollardan, ağac budaqların və mal-qara sümüklərindən evlər hazırlayır və burada yaşayırlar. Evlər bir otaqlıdır. Evin girişində isə mal-qara saxlanılır.

Ən maraqlısı isə odur ki, bodililər onların yanına gələn insanlardan çəkinmir, aqressiv davranmır, əksinə, onları qonaq saxlayır, bir çox hallarda isə qonaqlara çay əvəzinə inək qanı təklif edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.