Quba yolundaqəza: sürücü avtomobildən güclə çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci kilometrliyində VAZ və "Volksvagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri VAZ markalı minik avtomobilində sıxılıb qalan sürücünü xilas edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.