232 dişli gənc həkimləri dəhşətə gətirdi

Day.Az представляет новость на азербайджанском языке

Hindistanda şiddətli ağrı şikayəti ilə stomotoloqa gedən gəncin ağzında 6 saat davam edən əməliyyat aparılıb. Və tam 232 diş çıxarılıb.

Mumbaidə baş verən bu hadisə dünya stomatologiya tarixinə düşəcək.

Day.Az moderator.az-a istinadən bildirir ki, Maharashtrayan əyalətinin Buldhana bölgəsində yaşayan 17 yaşlı Aşik Gavainin sağ alt çənəsindəki ağrı üzərinə ailəsi tərəfindən həkimə aparılması onun həyatını dəyişib.

Həkim Verndə Dhivare və əməliyyata qatılan həkimlərin, stomatologiya tarixi baxımından əhəmiyyətli gördükləri bu əməliyyat üçün Ginnes Rekordlar Kitabına müraciət etməyi düşündüklərini qeyd edib.

Gəncin dişindəki narahatlığın, bir növ kompleks diş şişi olaraq adlandırılan odontoma olduğu bildirilib.

Bu xəstəlik insanda yeməklərin üyüdülməsində və udmasında ciddi çətinliklərə səbəb olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.