Ceyran dərisinə qızıl hərflərlə yazılmış Allahın kitabı tapıldı - FOTOLAR

21 апреля 2017 21:51

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Adana vilayətində ceyran dərisinə qızılla yazılmış Tövrat aşkarlanıb.

Day.Az publika.az-a istinadən bildirir ki, müqəddəs kitab Adana polisinin axtarış apardığı bir yük avtomobilində tapılıb.

Polis qaçaqmalçılıqla məşğul olan 01 BJ 684 nömrəli yük avtomobilini saxlayaraq, axtarış aparıb. Nəticədə ceyran dərisinə qızıl hərflərlə yazılmış Tövrat ortaya çıxıb. Avtomobildəki üç nəfər Tövratdan xəbərlərinin olmadığını deyiblər.

Araşdırmalardan sonra Tövratın orijinal olduğu məlum olub.

Qeyd edək ki, Tövrat Allahın Yer üzünə göndərdiyi üç müqəddəs kitabdan biridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.