Dünyanın ilk rəngsiz qəhvəsi

21 апреля 2017 22:14

Day.Az представляет новость на азербайджанском языке

"Clear Coffee" (Təmiz qəhvə) adlı qəhvə bildiyimiz qəhvələrdən rəngsiz olması ilə seçilir.

Day.Az publika.az-a istinadən xəbər verir ki, su kimi şəffaf görünən qəhvə David və Adam Naqi qardaşları tərəfindən hazırlanıb.

Londonda yaşayan, əslən slovakiyalı qardaşlar iddia edirlər ki, "Clear Coffee"-nin ən əhəmiyyətli xüsusiyyəti aşağı kalorili olmasıdır.

Naqi qardaşları qəhvə istehsalında daha əvvəl istifadə olunmayan bir metoddan istifadə ediblər. Onların sözlərinə görə normal qəhvələrin hazırlanması zamanı işlənən qəhvə tumları kofein itkisinə uğrayır: ""Clear Coffee"-nin hazırlanması zamanı biz bu itkini yüksək keyfiyyətli, təbii kofein əlavə edərək kompensasiya edirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.