Bazarda dəniz məhsullarına tələbat artıb

Day.Az представляет новость на азербайджанском языке

Day.Az bildirir ki, son günlər dəniz məhsullarına tələbat artıb.

Day.Az xezerxeber.az-a istinadən havaların isinməsi əlaqədar xərçəng, krevetka kimi məhsulların satışında canlanma müşahidə edilir. Yerli krevetkanın kiloqramı 12-14, xərçəngin kiloqramı isə 10-12 manat arasında dəyişir.

Xərçəngin qiyməti onun ölçüsündən asılı olaraq da dəyişir. Piştaxtalarda qara və qırmızı kürüyə də rast gəlinir. Qırmızı kürünün kiloqramı 120-150 manata təklif edilir. Qara kürü isə 110 qramlıq qablarda satılır.

Satıcılar xarici ölkələrdən gələn kürülərin ucuzluğunu tərkibində konservantların olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, hər il aprel-may aylarında bu cür məhsulların satışında canlanma müşahidə edilir. Kürüləri alanlar isə əsasən xarici ölkə vətəndaşlarıdır.

Satıcılar deyirlər ki, tələbatın artmasına baxmayaraq qiymətlərin qalxması gözlənilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bazarda dəniz məhsullarına tələbat artıb - QİYMƏTLƏR