Çoxumuzu gözləyən TƏHLÜKƏ: maddələr mübadiləsi zəifləyir, əzələ boşalır...

Day.Az представляет новость на азербайджанском языке

Mütəxəssislər "aktiv olun", "idman edin", "gəzin" desə də, biz yenə də oturmağa davam edirik. Hələ də hərəkət etməkdən qaçırıq. Yaxın məsafələrə piyada getmək yerinə maşınla getməyə üstünlük veririk. Həftədə ən az 150 dəqiqə etdiyimiz idman da bizi aktiv olmayan bir həyatın zərərlərindən qorumur.

Aile.lent.az hərəkətsiz yaşamın təhlükələrini sadalayır.

Biz oturarkən bədənimizdə bunlar olur

Hərəkətsiz bir həyatın ilk ağrılı nəticəsi qazandığımız artıq çəkilərdir. Artıq çəkili olmaq, yəni piylənmə problemi uzun müddət oturan insanların başlıca problemlərindəndir. Gündə 360 dəqiqədən çox otursanız, piylənmə problemindən qaça bilməyəcəksiniz.

Uzun müddət və yanlış oturmaq onurğa quruluşunu da poza bilər. Boyun və kürək quruluşu düzgün deyilsə, üstəlik oturuşa diqqət edilməsə, ağciyərlər yaxşı havalanmaz. Yetərincə oksigen qəbul etməyən bədəndə isə baş ağrıları daha çox olur.

Daha çox oturaq həyat sürmək bədəndə qan təzyiqi və qan şəkərinə mənfi təsir edir, bədənin yağ parçalama funksiyasını pozur və maddələr mübadiləsini yavaşladır. Sümük yoğunluğunu azaldır, əzələlərin aktivliyinə mənfi təsir edir. Oturarkən baldır əzələləri zəiflədiyindən çox yeriyərkən tez yoruluruq.

8 saatdan çox oturmaq pis xolesterolu artırır, ürək damar problemlərinə, şəkər xəstəliyinə də səbəb olur. Hətta hərəkətsiz yaşam xərçənglə də nəticələnə bilər.

Nələr edilə bilər?

Bu halın əks təsirlərindən qurtulmaq üçün həyatımızda bəzi dəyişikliklər etməliyik. Kiçik yaşdan etibarən uşaqlar üçün mümkün qədər uşaq arabası, körpə daşıyıcıları istifadə etməyin.

Yetkin adamlar isə kompüter, televizor önündə az vaxt keçirməlidir.

İşi oturaq olanlar fasilələrlə ayağa qalxıb otaqda gəzməli, mümkünsə, açıq havaya çıxıb təmiz hava almalıdır.

Qısa məsafələri maşınla getmək əvəzinə piyada gedin. Piknik, təbiətdə gəzinti, velosiped sürmək, üzgüçülük kimi işlərlə məşğul olun.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.