Cibgir Gülnarənin 9700 manatlıq "məharəti" - Təfərrüat

22 апреля 2017 00:16

Day.Az представляет новость на азербайджанском языке

Bakıda böyü məbləğdə oğurluq edən cibgir qadın yaxalanıb.

Day.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Gülnarə Novruzova həbs edilib.

Onun Bakı şəhər sakini olan bir qadının çantasından 9700 manat oğurlaması müəyyən edilib. İstintaq araşdırmaları ilə Gülnarə Novruzovanın daha bir neçə oğurluq əməli üzə çıxıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.